Cəlilabad rayonunda qanunsuz ov edən şəxslər saxlanılıblar

Cəlilabad rayonunda qanunsuz ov edən şəxslər saxlanılıblar

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Uzuntəpə kəndi ərazisində qanunsuz ov edən şəxsləri saxlayıblar.

SİA-nın DİN-in mətbuat xidmətinə istinadən xəbərinə görə, saxlanılan şəxslərdən - Cəlilabad rayon sakinləri İnşallah Həsənovdan, Asif Soltanovdan və Tahir Məmmədovdan müvafiq sənədləri olmayan iki "TOZ-63" və bir "İJ-58" markalı ov tüfəngi, habelə 23 patron və 33 ovlanmış quş götürülüb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə