Goranboy rayonunda pambıq sahəsində yanğın hadisəsi baş verib. Rayonun pambıq məntəqəsində baş verən yanğın zamanı məlum olub ki, 10 ton pambıq külə dönüb. Goranboy rayon Yanğından Mühafizə Hissəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb olunub. Yanğının digər sahələrə keçməsinin qarşısı alınıb. Deyilənə görə yanğın yaxınlıqdakı yaşayış evlərindən düşən qığılcım nəticəsində baş verib.
Qeyd edək ki, fakta bağı araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB