Pirotexniki vasitələr uşaqlarda autofobiya yaradır AÇIQLAMA

Pirotexniki vasitələr uşaqlarda autofobiya yaradır AÇIQLAMA

"Qarşıdan hər kəsin sevdiyi yeni il bayramı gəlir. Bu xüsusi günlərdə bəzi məqamlar qaçılmaz olur. İnsanlar bayramda onlarda adrenalin yaradan səs-küylü, gurultulu pirotexniki vasitələrə meyl edirlər. Belə vasitələrdən çıxan səslər isə hələ dünyanı dərk etməyən uşaqlarda autofobiya yaranmasına gətirib çıxarır". Bunu SİA-ya açıqlamasında Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova deyib.

O qeyd edib ki, bu hal kiçik yaş dönəmində özünü biruzə verməsə də, uşağın yaşı artdıqca, özünü şəxsiyyət kimi dərk etdikcə psixoloji sarsıntıların və gərginliklərin maksimum səviyyədə olmasına birbaşa təkan verir: "Uşaqlar 3 yaşına kimi nə səsdən, nə heyvandan, nə də alovdan qorxmurlar. Onlar həmin illərdə daha cəsarətli olurlar. Ancaq valideynlər belə məsələlərdə diqqətli olmalıdırlar. İl dəyişən zaman azyaşlı uşaqları bərk gurultulu səs olan yerdən uzaq tutmaq lazımdır. Həmin dəqiqələrdə uşaq üçün qulaqcıq vasitəsi ilə mobil telefonda həzin musiqi qoşmaq olar. Belə olarsa, uşaqda heç bir qorxu və daxili gərginlik yaranmaz. Valideynlər belə hallara diqqət etsələr, gələcəkdə uşaqlarda psixoloji pozuntuların ortaya çıxmasının qarşısını alarlar".

Bütün xəbərlər Facebook səhifəmizdə