Ulu Öndər Heydər Əliyev Sabunçuda anıldı FOTOLAR - SƏS TV

Ulu Öndər Heydər Əliyev Sabunçuda anıldı FOTOLAR - SƏS TV

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anım tədbiri keçirilib. Tədbir iştirakçıları öncə Ümummilli Liderin məzarını ziyarət edərək gül-çiçək dəstələri qoyublar. Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyevin, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyevanın, dövlət idarə və təşkilat rəhbərlərinin, ziyalıların, eləcə də rayon ictimaiyyətinin iştirak etdiyi tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan viodeoçarx nümayiş etdirilib.

Tədbiri açıq elan edən Sabunçu rayon icra hakimiyyətinin başçısı A.Vəliyev Ümummilli Lider Heydər Əliyevin Azərbacan xalqı qarşısında göstərdiyi xidmətlərdən danışıb. Qeyd edib ki, nə qədər ki, Azərbaycan xalqı var, Ulu Öndərimiz də bir o qədər yaşayacaqdır: "Biz tariximizə, mədəniyyətimizə dəyər verməyi məhz Ulu Öndərdən öyrənmişik. Hər bir xalqın, millətin dahi hesab olunan yazıçıları, şairləri, alimləri, heykəltaraşları, rəssamları və müxtəlif sənət adamları var. Eyni zamanda Azərbyacanın da böyük dövlətçilik ənənənəsi, tarixdə bütün istiqamətlər üzrə iz qoymuş dahi şəxsiyyətləri, zəngin mədəni irsi vardır. Azərbaycanın Nizamidən, Füzulidən tutmuş müasir dövrümüzə qədər bütün dahilərini bizlərə və dünyaya tanıtdıran, onların irsini ortaya çıxaran məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. O, müasir Azərbaycan memarı kimi dövətiçiliyimizi sarsılmaz etmişdir. Ulu Öndər deyirdi ki, keçmişini bilməyən bu gününü qiymətləndirib gələcəyini qura bilməz. Biz Ulu Öndərin şərəfli həyat yolunu, xalqımızı qarşısındakı müstəsna xidmətlərini daim təbliğ etməliyik ki, gələcəyimiz daha da möhkəm olsun. Bu gün dünyada minlərlə xalq, millət var, ancaq bu xalqların hamısının dövləti yoxdur. Biz həmin sıradayıq ki, böyük iqtisadi-siyasi gücə malik qüdrətli dövlətimiz var. Hər birimiz gücümüzə, inkişafımıza görə Ulu Öndərə və Onun layiqli davamçısı Prezident İlham Əliyevə borcluyuq. Əgər ötən əsrin 90-cı illərinin əvvəllərində Ulu Öndər Azərbaycanı fəlakətdən qurtarmasa idi, indi bir dövlət kimi movcud olmazdıq. 1994-cü ilin mayın 12-də atəşkəs elan olunmasa idi və həmin ilin sentyabr ayının 20-də böyük şirkətlərlə "Əsrin müqaviləsi" imzalanmasa idi, bu gün vəziyyət necə olardı? Bütün bunları daha geniş şəkildə təbliğ etmək lazımdır".

Çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri M.Abasquliyeva bildirib ki, Heydər Əliyev deyəndə göz önünə Azərbaycan gəlir: "Hər bir azərbaycanlı fəxr edir ki, onun Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyəti var. Ümummilli Lider Heydər Əliyevin irsi o qədər zəngindir ki, bu irs hələ uzun illər tədqiq olunacaq, bu istiqmaətdə böyük araşdırmalar aparılacaqdır. O, Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin banisi kimi dünyanın ən nəhəng şəxsiyyətlərindən biri kimi tarixə düşüb. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda xaos yaşanırdı, rayonlarımız ard-arda işğal olunurdu, ölkəmiz vətəndaş müharibəsi ərəfəsində idi, Azərbaycanda sülh və əmin-amanlıqdan söhbət belə gedə bilməzdi. Məhz belə bir şəraitdə Ulu Öndər Heydər Əliyev ölkədə sabitlik yaratdı, dünyanın ən nəhəng neft şirkətləri ilə "Əsrin müqaviləsi" imzalandı. Əgər Azərbaycanda sülh və sabitlik olmasa idi, heç bir dövlət ölkəmizə sərmayə qoymazdı. Bu gün də küçələrimizdə əcnəbilər, tursitlər o qədər çoxdur ki, bu bizi ancaq sevindirir. Çünki hər bir turist sərmayə deməkdir".

Daha sonra çıxış edənlər Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, həyata keçirdiyi böyük layihələrdən danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə