Ziyad Səmədzadə: “Aqil Əliyevin əsərləri uzun illər elmin inkişafına xidmət edəcək” AÇIQLAMA

Ziyad Səmədzadə: “Aqil Əliyevin əsərləri uzun illər elmin inkişafına xidmət edəcək” AÇIQLAMA

"Böyük qürur hissi ilə Azərbaycan iqtisad elminin görkəmli alimlərindən biri olan, Əməkdar elm xadimi, Milli Elmlər Akademiyasının müxbir üzvü, iqtisad elmləri doktoru, professor Aqil Əliyevin 90 illik yubileyini qeyd edirik. Azərbaycanın iqtisad elmi XIX əsrin ikinci yarısından sürətlə inkişaf etməyə başlayıb və bəşəri iqtisad elminin müxtəlif istiqamətləri üzrə müəyyən tədqiqatlar aparılıb. Aqil Əliyev Azərbaycan, eləcə də Sovet İttifaqı alimləri arasında əhalinin həyat səviyyəsi, istehlakla əlaqədar ilk tədqiqat aparan alimlərdən olub". Bunu SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə deyib.

O qeyd edib ki, Aqil Əliyevin tədqiqatlarında Azərbaycanda əhalinin həyat səviyyəsini xarakterizə edən göstərircilər, istehlakın quruluşu, istehlakın quruluşuna Sovet sistemində təsir edən amillər təhlil olunub, bir sıra maraqlı nəticələr əldə edilib. Komitə sədri bildirib ki, Aqil Əliyev Azərbaycan iqtisadçıları arasında sənayenin iqtisadiyyatı ilə əlaqədar ilk tədqiqat aparan alimdir: "Sovetlər sistemində xalq təsərrüffatı sahələrinin, iqtisad elminin təsnifatında səhiyyənin iqtisadiyyatı adlı bir bölmə yox idi. Səhiyyəyə ildən-ilə artaraq ayrılan xərclərdən səmərəli istifadə edilməsi, bu səmərəlilik göstəricilərinin əhalinin demoqrafiq göstəriciləri ilə əlaqəli şəkildə təhlil edilməsi yox dərəcəsində idi. Görkəmli alim Aqil Əliyev bu sahədə ilk cığır açan alimdir. 1983-cü ildə alim doktorluq dissertasiyasının müzakirəsi zamanı bildirmişdi ki, illər sonra səyiyyənin iqtisadiyyatı iqtisad elminin istiqamətlərindən biri kimi formalaşacaq. Həqiqətən bu gün səhiyyənin iqtisadiyyatının öyrənilməsi, bu problemlərin dərindən təhlili çox vacib məsələlərdən biridir. Azərbaycan müstəqil dövlətdir və öz sahələrinin inkişafını qalıq prinsipi əsasında planlaşdırıb proqnozlaşdırmır. Bu gün Bütövlükdə Azərbaycan iqtisadiyyatı ilə sosial inkişaf arasında əlaqə əsas tutulur və ildən-ilə səhiyyənin inkişafı istiqamətində konkret addımlar atılır. Alimin iqtisad elmi sahəsində xidmətləri böyükdür. Aqil Əliyevin əsərləri uzun illər Azərbaycanda elmin, sosial sahələrin inkişafına xidmət edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə