Bir günə 68 cinayət faktı qeydə alınıb

Bir günə 68 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 68 cinayət faktı qeydə alınıb, onlardan 16-sı "isti izlər"lə açılıb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib nəticədə 1 nəfər ölüb 4 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

Qeyd edək ki,Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə