Binəli Yıldırım Moskvada azərbaycanlı tələbə ilə görüşdü FOTOLAR

Binəli Yıldırım Moskvada azərbaycanlı tələbə ilə görüşdü FOTOLAR

Türkiyə Respublikasının Baş naziri Bineli Yıldırım Rusiya Federasiyasına iki günlük rəsmi səfər edib. SİA-nın verdiyi məlumata görə Baş nazir rəsmi səfər çərçivəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnsititunun tələbələri ilə görüşüb.

Müəllim və tələbə heyəti qarşısında Baş nazir Binəli Yıldırım ilk nöbədə Rusiya və Türkiyə dövlətləri arasında olan uzun müddətli tarixə söykənən əməkdaşlıq, dostluq və qardaşlıq əlaqələri önə çəkib. Həmçinin MGİMO-nun tələbələrinin dünya siyasətindəki böyük rolunu vurqulayaraq, prezident İlham Əliyevin bu universitetin fəxri məzunu olduğunu xüsusi olaraq qeyd edib.

Çıxışının sonunda Baş nazir Bineli Yıldırım tələbələrə ugurlar arzulayıb, Moskva Dövlət Sosial Münasibətlər Akademiyasının Dünya İqtisadiyyatı və Moskva Dövlət Hümanitar İqtisadiyyat universitetinin beynəlxalq hüquq ixtisasları üzrə aspirantı Heydər Əliyevlə kiçik dialoq qurub, sonda xatirə şəkili çəkdirib. Binəli Yıldırım Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələrinin dünya siyasətindəki rolunu qeyd edərək Türkiyənin Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Diplomatiya Akademiyası ilə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu arasında qarşılıqlı əlaqələrin qurulması barədə Türkiyənin gənclər və idman naziri cənab Nabi Avçiya göstəriş verib.

Qeyd edək ki, Heydər Məmməd oğlu Əliyev Moskva Dövlət Sosial Münasibətlər Akademiyasının Dünya İqtisadiyyatı və Moskva Dövlət Hümanitar İqtisadiyyat universitetinin beynəlxalq hüquq ixtisasları üzrə aspirantıdır. Məlumatı SİA-ya prokuror, ədliyyə müşaviri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məmməd Əliyev verib.

Bütün xəbərlər Facebook səhifəmizdə