Hesablama Palatasının əməkdaşları təltif edildi SƏRƏNCAM

Hesablama Palatasının əməkdaşları təltif edildi SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hesablama Palatasının əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıb:

Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 15 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə

Məhərrəmov Adil Məmmədəli oğlu

Həsənov Cəfər İsmayıl oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə

Tağıyev Natiq Adil oğlu

Hümbətov Qüdrət Məhəmməd oğlu

Həsənov Rasim Həsən oğlu

Səfərov Fəqan Şayıb oğlu

"Tərəqqi" medalı ilə

Qurbanov Firsənd Əliheydər oğlu.

Bütün xəbərlər Facebook səhifəmizdə