Metronun "Cəfər Cabbarlı" stansiyası təmirə bağlanır

Metronun "Cəfər Cabbarlı" stansiyası təmirə bağlanır

Dekabrın 7-dən etibarən "Cəfər Cabbarlı" stansiyasının birinci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüddətli bağlanacaq.

SİA-nın məlumatına görə, bunu "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Qurum rəsmisinin sözlərinə görə, təmir-bərpa işlərinin təxminən iki həftə davam etməsi planlaşdırılır: "Adıçəkilən stansiyaya gedəcək sərnişinlər "Cəfər Cabbarlı" stansiyasının ikinci yolundan istifadə edə bilərlər".

Qeyd edək ki, ikinci yol "28 May" stansiyasından "Cəfər Cabbarlı" stansiyasına keçərkən sol tərəfdə yerləşən yoldur. Həmçinin "Cəfər Cabbarlı" stansiyasının eskalatorundan endikdən sonrakı sol istiqamət də ikinci yola aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə