Gəncə sakinlərinin problemləri dinlənilib

Gəncə sakinlərinin problemləri dinlənilib

Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyev şəhər sakinlərini qəbul edib. SİA-nın bölgə müxbiri xəbər verir ki, icra başçısı onları maraqlandıran problemləri dinləyib. Sakinlər bildirib ki, bəzi küçə və prospektlərdə kommunal problemlər mövcuddur. Bundan əlavə mavi yanacağın təzyiqi aşağı vəziyyətdədir. Icra hakimiyyəti başçısı Elmar Vəliyev çatışmazlıqlarla bağlı aidiyyatı təşkilatlara tapşırıq verib. Tez bir zamanda sakinlərin rahatlığının təmini üçün işlər görüləcəyi diqqətə çatdırılıb.

Görüşdə qeyd edilib ki, əhalinin istirahətinin, yaşayış səviyyəsinin yüksəldilməsi üçün yeniliklər nəzərdə tutulub.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə