MEMM-in növbəti əməkdaşlıq memorandumu FOTOLAR

MEMM-in növbəti əməkdaşlıq memorandumu FOTOLAR

Bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Humanitar Kolleci ilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi arasında mövcud qanunvericiliyə və öz əsasnamələrinə uyğun olaraq, Azərbaycan xalqının milli-mənəvi sərvətlərinin, mədəni irsinin təbliği, qorunması və inkişafı, mədəniyyət təsisatlarının fəaliyyətinin səmərəli qurulması, mədəniyyət və təhsil müəssisələrində çalışan əməkdaşların müasir peşəkarlıq keyfiyyətlərinə yiyələnmələrinə xidmət edən tədbirlərin görülməsi kimi məsələləri kimi əhatə edən Anlaşma Memorandumu imzalanmışdır.

Tərəflər xalqımızın mədəni irs nümunələrinin tədqiqi və təbliği, mədəniyyət və turizm təsisatlarının fəaliyyət istiqamətlərinin daha geniş əlaqələndirilməsi sahəsində bərabərhüquqlu, qarşılıqlı və səmərəli əməkdaşlıq çərçivəsində mövcud imkanları və qarşılıqlı maraqları istiqamətində əməkdaşlıq edəcəklər.

İmzalanma mərasimi zamanı müəssilərin rəhbərləri Vaqif Əmiraslanov və Asif Usubəliyev mədəniyyət inkişafı naminə birgə səylərin atılmasının vacibliyini qeyd edərək gələcəkdə görülməsi nəzərdə tutulmuş tədbirlər haqqında məlumat vermişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə