İdeya Bankı yeni müsabiqə elan edir

İdeya Bankı yeni müsabiqə elan edir

"ASAN Wi-Fi" sisteminin təkmilləşdirilməsi ilə bağlı maraqlı bir ideya düşün, İdeya Bankına (www.ideyabanki.com ; www.ideya.az ) göndər və qalib ol. Qurumdan SİA-ya verilən məlumata görə, göndərilən ideya üzrə tələblər:

- Ziyarətçiləri wifi-dan istifadəyə cəlb etməlidir.

- Ziyarətçiləri reklamın kontentini diqqətlə izləməyə sövq etməlidir.

- Şirkətləri məhz ASAN Wi-Fi vasitəsilə reklam yerləşdirməyə həvəsləndirməlidir.

- ASAN Wi-Fi şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi üçün ictimai obyektləri əməkdaşlığa təşviq etməlidir.

İdeyaların qəbulu mərhələsi 30 dekabr 2016-cı il tarixinə kimi davam edəcək. Müsabiqənin müddəti göndərilən ideyaların keyfiyyətindən asılı olaraq uzadıla bilər.

Ən yaxşı ideya sahibinə 1000 AZN mükafat veriləcək.

Diqqət: İdeya əsaslandırılmalı və izahedici olmalıdır. İdeya lazımı qədər əhatəli, lakin eyni zamanda, mümkün qədər qısa və konkret şəkildə izah edilməlidir.

Qeyd edək ki, "ASAN Wi-Fi" sistemi ölkə ərazisində, xüsusi ilə ictimai yerlərdə əhalinin ödənişsiz olaraq internetdən istifadə imkanlarının təmin edilməsi məqsədilə yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə