Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 88 cinayət faktı qeydə alınıb, onlardan 23-ü "isti izlər"lə açılıb. SİA-nın Daxili İşlər Nazirliyindən aldığı məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 29 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.
Qeyd edək ki, Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB