Sabiq prezident müəllim işləyəcək

Sabiq prezident müəllim işləyəcək

Estoniyanın sabiq prezidenti Tomas Hendrik İlves gələn ilin yanvar ayından ABŞ-ın Stanford Universitetində dərs deməyə başlayacaq. SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, sabiq prezidentlə müqavilə il yarım müddətinə bağlanıb. Bundan əlavə, o, rəqəmsal cəmiyyətin fəaliyyətinin əsasları haqqında kitab da yazmaq niyyətindədir.

Qeyd edək ki, İlves 2006 və 2011-ci illərdə Estoniyanın prezidenti seçilib və 10 il bu vəzifədə çalışıb. Onun müəllim kimi çalışacağı Stanford Universiteti dünyada ən nüfuzlu təhsil ocaqlarından biri hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə