Şotlandiyada uşaqların olduğu maşında siqaret çəkmək qadağan olunacaq

Şotlandiyada uşaqların olduğu maşında siqaret çəkmək qadağan olunacaq

Şotlandiyada 18 yaşdan aşağı uşaqların olduğu maşında siqaret çəkmək qadağan olunacaq. Şotlandiya parlamentinin qəbul etdiyi yeni qanuna görə, sürücülər 1,2 min dollardan çox cərimə oluna bilər. Səhiyyə naziri Aylin Kempbell izah edir ki, siqaret tüstüsündə zəhərləyən maddələr var, bu isə uşaqlar üçün xüsusilə təhlükəlidir, çünki onlar tez-tez və daha dərindən nəfəs alırlar.

Nazirin sözlərinə görə, bu qanunun əsas məqsədi sürücüləri cəzalandırmaq yox, onların davranışlarını dəyişməkdi.

Bütün xəbərlər Facebook səhifəmizdə