Azərbaycan prezidenti İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistan prezidenti seçilməsi münasibəti ilə təbrik edib. Dövlət başçısının məktubunda deyilir:
"Hörmətli Şavkat Miromonoviç, Özbəkistan Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, birgə səylərimiz xalqlarımızın mənafeyi, regionda sülh, sabitlik və təhlükəsizlik naminə Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın, hərtərəfli əməkdaşlığın və çoxsahəli qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsinə və möhkəmlənməsinə yönələcək. Hörmətli Şavkat Miromonoviç, sizə möhkəm cansağlığı, firavanlıq və qardaş Özbəkistan xalqının rifahı naminə dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB