Respublika ərazində havanın temperarturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enib. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, sabahdan etibarən Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri sabit keçəcək: "Arabir yağış yağacaq, şimal-qərb küləyi güclənəcək,dekabrın 6-da və 7-də küləkli hava şəraiti müşahidə olunacaq".
G. Məmmədova qeyd edib ki, qeyri-sabit hava şəraiti rayonlarımızda da müşahidə olunacaq: "Arabir yağış yağacaq bəzi rayonlarda sulu qar və ya qar yağacağı ehtimal olunur. Rayonlarda da külək güclənəcək".
hazırda hava şəraitinin iqlim normasına uyğun olduğunu açıqlayan G. Məmmədova qeyd edib ki, Respublika ərazisində qeyri-sabit hava şəraiti ayın 7-dək davam edəcək
Məlumat üçün nəzərinizə çatdıraq ki, sabah Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 0-3° isti, gündüz 3-5° isti, Bakıda gecə 1-3° isti, gündüz 3-5° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütгnundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.
Azərbaycanın rayonlarında isə havanın temperaturunun gecə 0-3° isti, gündüz 3-8° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB