Sürücülük vəsiqəsinin dəyişdirilməsi kampanyası davam etdirilir

Sürücülük vəsiqəsinin dəyişdirilməsi kampanyası davam etdirilir

03 dekabr 2016-cı il tarixində Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin "Səyyar Xidmət" Qrupu kütləvi sürücülük vəsiqəsinin dəyişdirilməsi və dövlət qeydiyyatına alınmayan kənd təsərrüfatı texnikalarını qeydiyyata alınması kampaniyasını Cəlilabad rayonunda davam etdirib. SİA-nın Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, Kampaniya respublikanın Cəlilabad bölgəsinin 7 rayonunu (Cəlilabad, Masallı, Lənkəran, Lerik, Astara, Yardımlı, Biləsuvar) əhatə edib. Tədbirdə Səyyar Qrup tərəfindən müddəti keçmiş və ya yararsız vəziyyətdə olan - 149 nəfərin sürücülük vəsiqələri dəyişdirilib, 1 nəfər isə imtahan verərək yeni sürücülük vəsiqəsi alıb.

Qeyd edək ki, kütləvi sürücülük vəsiqəsinin dəyişdirilməsi və texnikaların dövlət qeydiyyatına alınması kampaniyası respublikanın bütün böyük kənd təsərrüfatları rayonlarında müntəzəm olaraq davam etdiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə