Bu dəfə də gənclər mükafatlandırıldılar

Onlar “Dünyada ilk dəfə” adlı layihə çərçivəsində fərqlənənlərdir
Bu dəfə də gənclər mükafatlandırıldılar

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və Nərimanov rayonunda yerləşən Məktəb-lisey kompleksinin təşkilati dəstəyi ilə "Dünyada ilk dəfə" adlı layihə keçirilib. Layihənin keçirilməsində əsas məqsəd gənclər arasında tarixi ilklərə, icadlara, tapıntılara marağın artırılması və gənclərin dünya görüşünün yoxlanılması idi.

Layihə rəhbəri İlqar Talıbovun sözlərinə görə, seçim mərhələsində 90-a yaxın gənc iştirak edib. Ən fəal gənclər final mərhələsinə keçərək mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə