Amerika Mərkəzində “Karyera günü və iş yarmarkası” açılıb

Amerika Mərkəzində “Karyera günü və iş yarmarkası” açılıb

ABŞ Təhsilli Azərbaycanlı Məzunlar İctimai Birliyi, Azərbaycan Dillər Universiteteinin Bakı Amerika Mərkəzi və ABŞ səfirliyinin dəstəyi ilə "Karyera günü və iş yarmarkası" açılıb. SİA-nın məlumatına görə, yarmarkanın əsas məqsədi biznes və dövlət strukturları üçün yeni, təcrübəli və iş axtarışında olan kadrlar arasında bir platforma rolunu oynmaqdır.

Yarmarkaya SOCAR, Asan Xidmət, Təhsil Nazirliyi, İslam Oyunları Əməliyyat Komitəsi daxil opmaqla 20-dək şirkətin nümayəndələri qatılıb. Sərginin açılışında çıxış edən Bakı Amerika Mərkəzinin rəhbəri Şəhla Xuduyeva bildirib ki, burada bir sıra şirkətlər öz iş imkanlarını təqdim edirlər və bu da gənclərin iş tapması üçün mühüm bir şansdır.

ABŞ-ın Azərbaycandakı səfirinin müavini Uilyam Gill çıxışında deyib ki, iş yarmarkası tələbələr və iş axtaranlar üçün böyük imkandır. Onun sözlərinə görə, bunun vasitəsilə iş axtaranlar ABŞ təhsilli məzunlarl, müxtəlif şirkətlərin nümayəndələri ilə üz-üzə görüşərək onlardan trəcrübə və lazım olan məlumatı əldə edirlər: "Bu yarmarka Azərbaycan gəncliyinin gələcəyi üçün çox vacibidr. Burdan gənclər geniş düşüncə, təşəbbüs, gələcəyə baxışın formalaşdırılması kimi fayda əldə edə biləcəklər ki, bu da onların gələcək karyerası üçün vacib amillərdir".

Qeyd edək ki, yarmarka çərçivəsində şəxsi biznes idarəetməsinin çətinlik və perspektivləri, iş əlaqələri qurmaq və müsahibə aparma bacarıqları, uğurlu karyera qurmaq, şəxsi brendi necə yaratmalı, uğurlu karyera qurmağın 10 yolu və digər mövzularda sessiyalar olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə