İdeya ver 1000 AZN qazan!

"ASAN Wi-Fi" sisteminin təkmilləşdirilməsi ilə bağlı maraqlı bir ideya düşün, İdeya Bankına (www.ideyabanki.com ; www.ideya.az ) göndər və qalib ol. SİA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, göndərilən ideya üzrə tələblər aşağıdakılardır:

- Ziyarətçiləri reklamın kontentini diqqətlə izləməyə sövq etməlidir.

- ASAN Wi-Fi şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi üçün ictimai obyektləri əməkdaşlığa təşviq etməlidir.

İdeyaların qəbulu mərhələsi 20 dekabr 2016-cı il tarixinə kimi davam edəcəkdir. Müsabiqənin müddəti göndərilən ideyaların keyfiyyətindən asılı olaraq uzadıla bilər.

Ən yaxşı ideya sahibinə 1000 AZN mükafat veriləcəkdir.

Diqqət: İdeya əsaslandırılmalı və izahedici olmalıdır. İdeya lazımı qədər əhatəli, lakin eyni zamanda, mümkün qədər qısa və konkret şəkildə izah edilməlidir.

Qeyd edək ki, "ASAN Wi-Fi" sistemi ölkə ərazisində, xüsusi ilə ictimai yerlərdə əhalinin ödənişsiz olaraq internetdən istifadə imkanlarının təmin edilməsi məqsədilə yaradılmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə