Azərbaycanın Bolqarıstandakı səfirliyi paytaxt Sofiyada keçirilən 22-ci xeyriyyə bazarında iştirak edir. SİA "focus-news.net"ə istinadən xəbər verir ki, Beynəlxalq Qadınlar Klubunun təşkil etdiyi tədbirdən əldə edilən vəsait ehtiyacı olan uşaqlara veriləcək.
Səfirliyin açıqlamasında qeyd edilib ki, Azərbaycan mətbəxi dünyanın ən unikal mətbəxlərindən biridir: "Azərbaycan yeməklərinin reseptlərinin qədim tarixi var. Bizim mətbəx fərqli milli xarakterə malikdir. Dünyanın müxtəlif yerlərindən qurmanlar yeməklərimizi, xüsusilə bozbaş, piti, çığırtma, plov, dolma kababı damaq üçün ölkəmizə gəlirlər".
Qeyd edək ki, xeyriyyə bazarı dekabrın 4-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB