Aleksandr Maslyakov Bakıya gələcək

Aleksandr Maslyakov Bakıya gələcək

Dekabrın 18-də Heydər Əliyev Sarayında Şən və Hazırcavablar Klubunun (ŞHK) Azərbaycan Liqasının üçüncü mövsümünün möhtəşəm finalı keçiriləcək. Azərbaycan ŞHK-nın mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan, Rusiya və Gürcüstan komandaları çempion titulu uğrunda yarışacaq.

ŞHK-nın Azərbaycan regional liqasının oyunları Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun dəstəyi ilə keçirilir.

2017-ci il "ŞHK planeti" üçün yubiley ilidir. Buna görə də təşkilatçılar çoxlu maraqlı sürpriz hazırlayıblar. Bu yumor bayramının tamaşaçıları onlara biganə qalmayacaqlar. Konsertin hidlaynerləri ŞHK Yüksək Liqasının komandaları - 2015-ci il mövsümünün finalçısı - Dağıstan yığması, "Prezident KiViNi-2016"nın sahibi - Gürcüstanın yığması, habelə "Qara geyimli KiViN-2016"nın qalibi - Bakı yığması olacaq.

Tədbirin aparıcısı Aleksandr Maslyakovdur. Konsertin baş tərəfdaşı "Zeytun bağları"dır. Təşkilati dəstək: ASAN Radio, "Trend.az", "Day.az", "Milli.az", "Echo.az", "BoyCut" bərbərxanalar şəbəkəsi, "AdZone" reklam agentliyi. Konsert 19:00-da başlayır.

Biletlər paytaxtın bütün mərkəzi kassalarında və "iTicket.az" saytında satılır.

Bütün xəbərlər Facebook səhifəmizdə