29 Noyabr 2016-cı il tarixində iqamətgahı Hanoy şəhərində olmaqla Azərbaycanın Laos Xalq Demokratik Respublikasına akkreditə olunmuş səfiri Anar İmanov bu ölkənin təhsil və idman naziri ilə görüş keçirib. SİA-nın məlumatına görə, görüş zamanı keçmişdə çoxlu sayda Laoslu tələbinin Azərbaycanda təhsil aldığı qeyd olunub və bu ənənənin davam etdirilməsinin vacibliyi vurğulanıb.
İdman sahəsində əməkdaşlıqdan bəhs edən tərəflər qarşılıqlı təcrübə mübadiləsinin faydalı olacağını qeyd ediblər.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB