Ukraynada Akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan gecə keçirilib FOTOLAR
Ukraynanın İrpen şəhərində görkəmli oftalmoloq alim, Akademik Zərifə Əliyevanın elmi fəaliyyətinə həsr olunmuş xatirə gecəsi keçirilib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları ilk öncə İrpen şəhərindəki Akademik Zərifə Əliyeva adına istirahət parkını ziyarət edərək, mərhum akademikin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.
Akademik Zərifə Əliyeva adına 12 saylı orta məktəbdə keçirilən tədbirdə Azərbaycan, Belarus, Çin, Polşa və bir sıra ölkələrin Ukraynadakı səfirliklərinin diplomatları, İrpen şəhər meriyasının nümayəndələri, Azərbaycan diasporunun fəalları və media təmsilçiləri iştirak edib, Azərbaycanla Ukraynanın dövlət himnlərinin sədaları altında başlanan xatirə gecəsini Zərifə Əliyeva adına 12 saylı İrpen şəhər orta məktəbinin direktoru Valentina Antonenko açaraq, həyatını tibb elminin inkişafına həsr etmiş akademik Zərifə Əliyevanın zəngin ömür yolundan bəhs edib.O,12 saylı məktəbdə 13 xarici dilin tədris olunduğunun qeyd edərək, belə bir nüfuzlu təhsil ocağının Zərifə xanım Əliyevanın adını daşımasından qürur duyduğunu bildirib.
Qeyd edib ki, əsl ziyalı həkim, elm fədaisi və qayğıkeş ana obrazlarını özündə cəmləşdirən Zərifə Əliyeva ucalığı əsrlər boyu Azərbaycanla Ukrayna arasındakı mənəvi dostluq yollarına işıq və nur saçacaq.
Tədbirdə çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrindən söz açıb. Azərbaycanın görkəmli elm xadimi, akademik Zərifə Əliyevanın xatirəsinə böyük ehtiram bəslədiklərinə görə Ukrayna dövlətinə, İrpen şəhər rəhbərliyinə və 12 saylı orta məktəbin direktoruna dərin minnətdarlığını bildirib. Səfir İrpen şəhərində akademik Zərifə Əliyevanın adını daşıyan orta məktəbin, mərkəzi küçənin və dostluq parkının Azərbaycanla Ukrayna arasında əbədi dostluq körpüsünə çevrildiyini vurğulayıb.
Çıxışlardan sonra məktəbli uşaqlar akademik Zərifə Əliyevaya həsr olunmuş şerlər söyləyib, ədəbi bədi kompozisiya nümayiş etdiriblər. Mərhum akademikin zəngin elmi fəaliyyətini özündə əks etdirən xatirə gecəsi həzin konsert proqramı ilə davam etdirilib. Ukraynanın xalq artisti Qurban Abbasovun ifa etdiyi Azərbaycan-Ukrayna mahnısı tədbirə qatılanlara xoş və yadda qalan anlar yaşatdırıb.




.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB