"Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarına 2017-ci il üçün ayrılması nəzərdə tutulan vəsait artırılsın". SİA-nın xəbərinə görə, millət vəkili Qüdrət Həsənquliyev bu təkliflə Milli Məclisdə keçirilən büdcə müzakirələri zamanı çıxış edib.
Azərbaycanda QHT sektorunda işləyənlərin çoxluq təşkil etdiyini deyən millət vəkili bildirib ki, bu baxımdan QHT-lərə 2017-ci il üçün ayrılacaq vəsaitin məbləğinə yenidən baxılsa, daha yaxşı olar: "Bu gün ölkədə bir çox insan QHT sektorunda işləyir. Onlar ailələrini buradan əldə olunan vəsait hesabına dolandırır. Belə olan halda gələn il üçün büdcədən QHT-lərə ayrılacaq məbləğə yenidən baxılmalıdır".
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü, deputat Şahin İsmayılov isə çıxışında QHT və Prezident yanında Gənclər Fonduna ayrılan vəsaitin artırılmasını təklif edib: "2016-cı ilin büdcəsində Gənclər Fondunun ayrılan vəsaitin həcmi 4 milyon və hətta 4 milyon 700 min manat idi. 2017-ci ildə isə Fonda 1 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Fonda daxil olan layihələrlə bağlı müraciətlərin ildən-ilə artdığını nəzərə alsaq, ayrılan vəsaitin az olacağını demək olar. Düşünürəm ki, bu məsələyə yenindən baxılsa yaxşı olar".
Məsələlərlə bağlı fikirini bildirən maliyyə naziri Samir Şərifov qeyd edib ki, QHT-lərin gələn il üçün nəzərdə tutulmuş büdcəsinə yenidən baxıla bilər.
Xatırladaq ki, 2017-ci il dövlət büdcə layihəsinə əsasən gələn il Qeyri-Hökumət Təşkilatlarına 3 milyon manatın ayrılması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB