Bölgələrdə həyata keçirilən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsinin qalibi olan "Öyrənib, Öyrətməliyik" layihəsi başa çatıb.
SİA-nın məlumatına görə, layihədə yaşı 15-18 olan gənclər iştirak edib. İntellektual yarışlarda gənclərə vətənpərvərlik, ana dilimiz, tarixi şəxsiyyətlərimiz, işğal olunmuş torpaqlarımız haqqında suallar verilib. Qalib gələnlərə hədiyələr təqdim olunub.
Layihə rəhbəri Yalçın Abbasovun dediyinə görə, bu yarışların məqsədi gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi və vətənə layiqli övladlar yetişdirilməsinə dəstək olmaqdan ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB