Bakı Ali Neft Məktəbinin (BANM) kitabxanasına BP tərəfindən kitab kolleksiyası hədiyyə olunub. Kolleksiya riyaziyyat, neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, ingilis dilinin qrammatikası, bədii ədəbiyyat və soraq materiallarından ibarətdir.
BANM-dan SİA-ya verilən məlumata görə, BP kimi şirkətlərdən daxil olmuş hədiyyələr kitabxanaya maddi və mənəvi dəstək olmaqla, BANM-ın tədris, elm, o cümlədən mədəniyyət mərkəzi funksiyasını yerinə yetirməsinə yardımçı olur.
BP-nin bu addımını Ali Məktəbin 5 illik yubileyi ərəfəsində kitabxana kolleksiyasının inkişafına etdikləri töhfə kimi qiymətləndirən BANM-ın rəhbərliyi BP şirkətinə xüsusi minnətdarlıq bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB