"2017-ci ildə dövlət büdcəsindən bədən tərbiyəsi və idman sahəsinə ümumilikdə 34 milyon manat ayrılacaq". SİA-nın xəbərinə görə, bu barədə maliyə naziri Samir Şərifov parlamentdə keçirilən büdcə zərfinin müzakirəsi zamanı məlumat verib.
2017-ci ildə gənclər və idman siyasəti sahəsinə ayrılacaq vəsait ötən ildəkindən çox olduğunu deyən S. Şərifov gələn il ölkədəki idman komplekslərinə ayrılacaq vəsaitin də həcmini açıqlayıb: "Gələn il idman komplekslərinin saxlanılmasına isə 6,4 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur".
Maliyə naziri 2017-ci ildə gənclər siyasəti sahəsində ən az pul vəsaiti ayrılan qurumun adını da açıqlayıb: "2017-ci ildə gənclər siyasəti sahəsində ən az pul vəsaiti ayrılacaq qurum Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu olacaq. Belə ki, Gənclər Fonduna gələn il üçün cəmi 1 milyon manat ayrılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB