Aztc.gov.az (Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rəsmi saytı) çex dilində də yayımlanacaq. Bu barədə SİA-ya Tərcümə Mərkəzindən məlumat verilib.
"Azərbaycan həqiqətləri", "Azərbaycan yazıçıları", "Açıq kitab", "Xəzər", "Aydın yol" portalları vasitəsi ilə ölkənin tarixi, keçmişi və bu günü, ədəbi-mədəni həyatı, həmçinin dil və tərcümə sahəsinin yenidən təşkili və təkmilləşdirilməsi, milli ədəbiyyatımızın dünyada təbliği məqsədi ilə yaradılmış Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi beynəlxalq layihələrlə bağlı mətn və materialları 9 dildə (Azərbaycan, ingilis, rus, türk, alman, fransız, ispan, ərəb və fars) dünyanın bir çox aparıcı mətbu orqanlarında və internet saytlarında yayımlayan aztc.gov.az saytı bu gündən etibarən çex dilində də yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB