"Cari ildə 500-dən yuxarı zəhərlənmə halı qeydə alınıb ki, bunun da nəticəsində 700 nəfər zərər çəkib". Bu barədə SİA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib.
O bildirib ki, il ərzində qeydə alınan bütün zəhərlənmələr demək olar ki, məişət xarakterlidir: "Bu il qeydə alınan zəhərlənmələrdən yalnız ikisi Göyçay və Beyləqanda iaşə müəssisələrində baş verib. Qalan bütün zəhərlənmə hadisələri ev şəraitində baş verib".
İ. Abdullayevin sözlərinə görə, zəhərlənmə hallarında artım və azalma nisbi xarakter daşıyır: "Çünki, zəhərlənmə hallarının çoxu ev şəraitində hazırlanan qidalardan olduğu bu rəqəmlər hər il fərqli şəkil ala bilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB