1 dekabr 2016-cı ildə Azərbaycan Dəmiryolçularının MHİRK-in növbəti X Plenumu keçirilib. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən SİA-ya verilən məlumata görə, Plenumu giriş sözü ilə açan MHİRK-in sədri Fəzail Bağırov giriş sözü ilə çıxış edərək son vaxtlar dəmir yolunun həyatında həyata keçirilən islahatlar, əldə olunan uğurlar, qarşıda duran perspektiv vəzifələr haqqında danışdı.
MHİRK-in növbəti X Plenumunun gündəliyində bir məsələ vardı: "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2014-2016-cı illər üçün Yolun sosial inkişafı üzrə bağlanmış Sazişin yerinə yetirilməsi haqqında".
Məsələ ilə bağlı MHİRK-in təşkilat şöbəsinin müdiri Samir Böyükzadə məruzə etdi. Məruzəçi əməyin mühafizəsi, təhlükəsizliyin təmin olunması, yeni texnologiyanın tətbiqi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verdi, qarşıda duran vəzifələrdən danışdı.
"Azərbaycan Dəmir Yolları"nin sədri QSC-nin sədri Cavid Qurbanov, AHİK-in sədri Səttar Mehbalıyev Plenumda çıxış edərək öz fikir və mülahizələrini bildirdilər.
Müzakirələrdən sonra "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyi ilə MHİRK arasında 2014-2016-cı illər üçün Yolun sosial inkişafı üzrə bağlanmış Sazişin yerinə yetirilməsi qənaətbəxş hesab olundu.
Sonda Azərbaycan Dəmiryolçularının MHİRK-in X Plenumu müvafiq qərar qəbul etdi.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB