Səudiyyə Ərəbistanı Krallığı əvvəlki illərdə olduğu kimi "Qurban əti istifadəsi" layihəsi çərçivəsində Füzuli və Biləsuvar rayonlarında məskunlaşmış məcburi köçkünlərə 37 min 312 kq qurban əti göndərib. SİA-ya Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı səfirliyindən verilən məlumata görə, İslam İnkişaf Bankı xətti ilə çatdırılan yardım Azərbaycan hökumətinə təhvil verilib.
Mərasimdə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleym, İslam İnkişaf Bankının nümayəndəsi
Məhəmməd İsam ən-Nunu iştirak edib.
Bu layihə Səudiyyə Ərəbistanı Krallığının dünyanın hər yerində aztəminatlı və ehtiyacı olan insanlara qardaşlıq yardımı çərçivəsində həyata keçirilir. Belə ki, Krallıq ən böyük donor ölkə və beynəlxalq inkişafın əsas tərəfdaşı hesab olunur. Ayrılan yardımların ümumdaxili məhsuldakı faiz nisbətinə görə Krallıq dünyada ən qabaqcıl ölkədir. Bu yardımlar ölkə ÜDM-nin 1,5 faizini təşkil edir. Bundan əlavə, ölkə humanitar aksiyaların maliyyələşdirilməsi üçün xeyriyyə yardımlarına görə son illər dünya dövlətlərinin ön sırasındadır. Krallığın son otuz il ərzində ayırdığı yardım, kredit və dotasiyaların həcmi 100 milyard dollar çatıb. Bu yardımlardan dünyanın 75 dövləti faydalanıb ki, onların əksəriyyəti müsəlman ölkəsidir. Bütün bunlar, xüsusilə islam dünyasında genişmiqyaslı inkişaf və yoxsulluğa qarşı mübarizə uğrunda Krallığın göstərdiyi səylərdir.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB