"2017-ci ilin dövlət büdcəsində sosial məsələlərə 1.8 faiz artıq vəsait ayrılıb ki, bu da təxminən 2 milyard 53 milyon manat təşkil edir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli parlamentdə keçirilən büdcə müzakirələri zamanı deyib.
Onun sözlərinə görə, bu, Dövlət başçısının vətəndaşlara qayğısı və onlara göstərilən xüsusi diqqətin göstəricisidir: "2017-ci ilin dövlət büdcəsində təqaüd, pensiya və sosialmüavinətlər üçün ayrılan vəsaitdə 12.6 faiz artım proqnozlaşdırılır. Şəhid olanların uşaqlarına verilən müavinətlər isə 2.9 faiz artırılıb".
Qeyd edək ki, gələn il pensiya, sosial müavinətlərin, təqaüdlərin, ünvanlı socsal yardımların, həmçinin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda əməkhaqqıların artırılması növbəti ildə də tətbiqinin davamı olaraq 2017-ci ilin büdcəsində 436 mln manat vəsaitin ayrılması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB