Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Uğura aparan yol" layihəsinə yekun vurulub. SİA-nın xəbərinə görə, tədbirdə diqqətə çatdırılıb ki, "Uğura aparan yol" layihəsi yalnız özünü inkişaf etdirmək sahəsində deyil, fəlsəfə, təhsil və psixologiya kateqoriyalarında da gəncləri məlumatlandırıb.
Vurğulanıb ki, "Uğura aparan yol" layihəsi bir çox gəncin öz-özünü tanımaq, dərk etmək, daxilindəki gücü ortaya çıxarmaq şansı verib. Müvəffəqiyyətli olmaq üçün lazım olan məlumatlar layihə vasitəsilə gənclərə izah edilib.
Layihə çərçivəsində 3 televiziya verilişləri hazırlanaraq yayımlanıb.
Tədbirdə "Etika akademiyasının" təlimçisi Flora Ağayeva çıxış edərək bu kimi layihələrin önəmindən söhbət açıb.
Bildirib ki, bu tip layihələr uğur qazananların özünü dərk etdiyi, müvəffəqiyyətli olmaq istəyənlərin metod və motivasiya ala biləcəkləri bir qaynaq, müvəffəqiyyətli bir həyatın başlanğıc nöqtəsi ola bilər. Belə layihələr ölkəmizdə inkişaf etməkdə olan gənclər arasında müvəffəqiyyətli insanların sayını artırır. Layihənin özünə inamı və cəsarəti az olan insanlar üzərində mütləq bir təsirinin olacağı qənaətindəyik.
Tədbirdə digər çıxış edənlər də layihənin önəmindən, cəmiyyətə, xüsusilə gənclərə verdiyi töhfələrdən söhbət açıblar. Həmçinin bu kimi layihələrin reallaşmasında göstərdiyi dəstəyə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna minnətdarlıq ifadə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB