Cəmiyyətimizdə bir çox insanlar söhbətləri ilə özləri də bilmədən ətrafındakıları günə pessimist ruhda başlamağa yönləndirirlər. Günə korlanmış əhvalla başlayan insanların çoxunda isə bu hiss sutkanın sonunadək belə davam edir. Bir çoxlarının digərlərinin ən kiçik səhvlərini gözləyirmiş kimi, onu gündəmə gətirməsi qarşı tərəfin beyninin dayanmadan işləməsi və özünü qoruması üçün hazırlıqda olmasına gətirib çıxardır. Bu isə insanın həm şəxsi, həm də iş həyatında uğursuzluqla nəticələnir. SİA-nın məlumatına görə, alimlər insanın beynini pessimist düşüncələrdən təmizləməsi və xoşbəxtlik hissinin önündəki əngəlləri aradan qaldırması üçün 3 əsas yol göstərirlər.
Araşdırmalara görə, insanlar həyatlarında baş verən yaxşı hadisələri, uğurlu işlərini hər gün davamlı olaraq qeyd etsələr, bu, uzun zaman onların həyatında müsbət dəyişikliklər yaradacaq. Qeyd edilən məlumatlar həmin insan üçün həqiqətən önəmli olmalıdır. Baş verən uğurlu hadisələri yazdıqdan sonra "Bunu niyə yaşadım?" sualına cavab axtarılmalıdır. Cavablardan çıxan xoş olmayan hadisələri həyatdan çıxarmağa yönəlmək lazımdmır.
Alimlər bildirirlər ki, insanın özündən daha pis vəziyyətdə olan biri ilə ünsiyyət qurması, onun öz həyatının daha yaxşı olmasını başa düşməsinə gətirib çıxarır.
İnsan keçmişinə nəzərə salanda əgər bədbin düşüncələrə qapılırsa, o, böyük ehtimalla depresiyadadır. Psixoloqlar bildirilər ki, belə insanlar məsələlərə pessimist ruhda deyil, daha yaxşı tərəfdən baxmalıdır.
Elə insanlar var ki, beynlərində yalanlar quraraq buna inanırlar. Belə hallar ciddi psixoloji pozuntular yaradır. Bunun çıxış yolu keçmişdə yaşananları beyndə yenidən canladırmaq, onun müsbət tərəflərinə yönəlməkdir. Bir müddət sonra bu vəziyyətə alışılacaq və insanda yenidən özünəgüvən aratacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB