Prezident Əli Əsədovu təltif etdi

Prezident Əli Əsədovu təltif etdi

Prezident İlham Əliyev Əli Əsədovun 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur:

"Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Əli Hidayət oğlu Əsədov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin".

Əsədov Əli Hidayət oğlu 1956-cı il noyabrın 30-da Bakı şəhərində anadan olmuşdur. 1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.

Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş lobarant kimi başlamışdır. 1978-1980-cı illərdə hərbi xidmətdə olmuşdur.

1980-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda Baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989-1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışmışdır.

1995-2000-ci illərdə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib.

2012-ci ilin iyun ayında 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. I dərəcəli dövlət müşaviridir.

Bütün xəbərlər Facebook səhifəmizdə