"Uşaqları uğura aparan yol ilk növbədə ailədən başlayır. Ailədə yaxşı tərbiyə alan uşaqlarda fərdi liderlik xüsusiyyətləri yüksək olur. Bu isə uğur yolunun başlanğıcıdır". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının Fərdi İnkişaf Mərkəzi "Etika Akdemiyası"nın təlimçisi Flora Ağayeva deyib.
O qeyd edib ki, valideynlər stress və əsəb gərginliyini uşaqlara sirayət etdirməməlidirlər: "Valideynlər problemləri uşaqların yanında müzakirə etməməlidirlər. Bu zaman uşaqlarda güvən hissi zəifləyir. Problemləri uşaqların uşaqlığını əlindən almadan həll etmək lazımdır. Bəzən uşaqlar nə isə istəyirlər, ancaq valideynin onu almağa imkanı çatmır. Bunu uşaqlara müəyyən dildə başa salmaq lazımdır. Uşaqlara "yox" sözünü demək olmaz. Bu söz neqativ reaksiya yaradır. Yox deməyin digər formaları var. Uşaqların səhvini şiddətlə qarşılamaq olmaz. Onları daha çox başa salmağa çalışmaq lazımdır. Uşaqlarla münasibətlərdə konfliktlərə, kobudluğa yol vermək onlarda özlərinə inamı zəiflədəcək və bir çox problemlər yaradacaq. Valideynlər uşaqları ilə dost, sirdaş olmalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB