Kəmaləddin Heydərov Mahmud Vaezi ilə görüşüb

Kəmaləddin Heydərov Mahmud Vaezi ilə görüşüb

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov 30 noyabr 2016-cı il tarixində ölkəmizdə səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə hallarla mübarizə sahəsində görülən işlərdən, İranın uyğun qurumları ilə bu sahədə əməkdaşlıq əlaqələrindən danışıb və gələcək münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu diqqətə çatdırıb. İranın rabitə və informasiya texnologiyaları naziri , İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezi iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək qarşılıqlı faydalı əməkdaşlığın demək olar ki, bütün sahələri əhatə etdiyini bildirib. O, Azərbaycan-İran əməkdaşlığının daha da inkişaf edəcəyinə əminlik ifadə edib. Görüşdə gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Görüşdən sonra qonaqlar nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı və İctimaiyyətlə əlaqə idarəsinin Multi-media mərkəzinin fəaliyyəti ilə yerində tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə