Pirşağı–Sumqayıt istiqamətində dəmir yolu təmir olunur

Pirşağı–Sumqayıt istiqamətində dəmir yolu təmir olunur

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi sürətlə davam edir. Bakı sərnişin–Pirşağı–Sumqayıt istiqamətində 29.2 kilometr uzunluğunda dairəvi dəmir yolu təmir olunur.

SİA-nın "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən aldığı məlumata görə, bu gün Nərimanov- Böyükşor mənzilində daha 1250 metr yolun qoyuluşuna başlanılıb. Bu proses iki gün davam edəcək.

Əsaslı təmir işlərini "Dəmiryolservis" MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir. İşlər mərhələ-mərhələ aparılır.

Qeyd edək ki, dairəvi dəmir yolunun əsaslı təmirinə noyabr ayının 8-də start verilib. Əvvəlcə Nərimanov–Böyükşor mənzilində 2.2 kilometr uzunluğunda olan hissənin torpaq yatağı işlənib, sonra yolun qoyuluşuna başlanılıb. Artıq 1800 metr uzunluğunda yol qoyulub.

Dairəvi dəmir yolunun qoyuluşu başa çatandan sonra Bakı və Bakı ətrafı qəsəbə və kəndlərin əhalisinin, dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi, qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci kilometr qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə