Formula 1 yarışı üçün könüllülərin qəbulu davam edir

Formula 1 yarışı üçün könüllülərin qəbulu davam edir

2017-ci ildə Bakıda sayca ikinci dəfə keçiriləcək Formula 1 yarışı zamanı fəaliyyət göstərəcək könüllülərin qeydiyyatına başlanılıb. Ümumilikdə 3 min könüllünün qəbulunun nəzərdə tutulduğu Könüllülər Proqramına qeydiyyatın fevralın 28-dək davam etdirilməsi nəzərdə tutulub.

Könüllülər işçi qüvvəsi, məkan, hava limanı, şəhər və idman əməliyyatları, tamaşaçı xidmətləri, nəqliyyat, marketinq, media əməliyyatları, protokol və mərasim sahələri üzrə fəaliyyət göstərəcəklər.

Proqrama qoşulan könüllülər fəaliyyət göstərdiyi müddət ərzində yeni bilik və bacarıqlar qazanacaq, dünyagörüşlərini daha da artıracaq, dil biliklərini gücləndirəcək və öyrəndikləri nəzəri bilikləri praktiki işdə həyata keçirmək şansı əldə edəcəklər.

Könüllü olmaq istəyənlər ingilis dilini bilməli, 1 iyun 2017-ci il tarixinə qədər 16 yaşı tamam olmalı, gərgin iş rejimində işləməyi bacarmalı, həvəsli olmalı və ölkəsini təmsil etmək arzusunda olmalıdırlar.

Könüllülər Proqramına qoşulmaq istəyənlər bu keçidə daxil olaraq qeydiyyatdan keçə bilərlər: http://volunteers.bakucitycircuit.com/#/login

Könüllülük fəaliyyəti haqda ətraflı məlumatı bu keçiddən əldə edə bilərsiniz: https://www.bakucitycircuit.com/az/haqqimizda/konullulr

BŞH tərkibində akademiya yaradılıb

Könüllülər Proqramının icrası məqsədi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərkibində akademiya fəaliyyət göstərəcək. Akademiyanın və eyni zamanda əməliyyat şirkətinin İnsan Resursları şöbəsinin rəhbəri İranə Əhmədova yeni yaradılmış akademiyanın könüllülərin fərdi inkişafında böyük xidməti olacağını

Bütün xəbərlər Facebook səhifəmizdə