Bütün sahələrdə iflasa uğrayan Ermənistanda böyük iqtisadi geriləmə müşahidə edilir. Bunun nəticəsində yaranan sosial problemlər isə işğalçı ölkədə miqrasiya tempini artırıb.
"Haykakan Jamanak" qəzeti ilin 10 ayının iqtisadi göstəriciləri ilə bağlı məqalə dərc edib. Ermənistanın İqtisadiyyat Nazirliyinə istinad olunan yazıda bildirilir ki, hesabat dövründə dram möhkəmlənə bilməyib. Milli valyutanın son 5 ildə müşahidə olunan tənəzzülü davam edib. Ermənistan iqtisadiyyatına qoyulan xarici sərmayələrin həcmi isə kəskin azalıb. Artıq işğalçı ölkənin pul ehtiyatları tükənir. Ermənistan mərkəzi bankının son məlumatına görə valyuta ehtiyatı son iki ildə 2 dəfə azalıb. Əgər valyuta ehtiyatları bu cür sürətlə xərclənməyə davam edərsə, qısamüddətdə tamamilə tükənəcək. Erməni iqtisadçı Vardan Bostancyan bildirib ki, müşahidə olunan iflas son 10 il ərzində aparılan uğursuz iqtisadi siyasətin nəticəsidir. Ermənistanın Milli Statistika Xidmətinin nümayəndəsi Diana Martirosova isə ölkə əhalisinin hər üç nəfərindən ikisinin yoxsulluq həddində yaşadığını açıqlayıb. Ekspertlər bildirirlər ki, iqtisadi geriləmə Ermənistanda sosial problemlərə yol açıb. Bunun nəticəsində də miqrasiya tempi sürətlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB