Qış aylarında əlcəksiz gəzərkən barmaqlar üşüyə bilər. Ancaq barmaqların üşüməsi qapalı mühitdə də davam edirsə, bu, orqanizmdə qan dövranının düzgün olmadığının işarəsidir. SİA-nın xarici media orqanlarına istinadən verdiyi məlumata görə, həkimlər bildirirlər ki, qan dövranının düzgün olmaması ciddi xəstəliklərlə yanaşı, mütəmadi siqaret çəkmək və ya köklük səbəbindən də baş verə bilər.

Əllər və ayaqların üşüməsi anemiya əlaməti də ola bilər. Üşümə ilə yanaşı, halsızlıq, ürək döyüntüsü və dəridə solğunluq varsa, həkimə müraciət etmək lazımdır. Ümumiyyətlə, anemiya dəmir əskikliyindən qaynaqlanır və başqa bir xəstəliyin təsirlərlərindən irəli gəlir.

Arteriyalarda yağ yığılması olaraq bilinən periferik arteriya xəstəliyi də qan dövranına mane olur. Bu da barmaqlarınn üşüməsinə səbəbi yarada bilir. Bu xəstəlik, eyni zamanda ayaqlara da təsir edir. Hərəkət etdikdən sonra ayaqlarda ağrı meydana gəlirsə, həkimlə məsləhətləşmək lazımdır lazımdır.

Bilinməyən səbəblər, stress və soyuq hava kimi faktorların təsiri ilə əl və ayaqlardakı damarlarda meydana gələn spazmlar və qan dövranının dayanması "Raynoud" sindromu adlanır. Xəstəliyin simptomları olaraq barmaqların ağarması və keyiməsi, qan dövranı başladığında iynə batma hissi göstərilir.

Əllər və ayaqlar ürəyə ən uzaq orqanlardır. Buna görə, qan dövranı pozulduğunda ən çox əllər və ayaqlara təsir göstərir. Bədən hərəkətsiz qalanda da qan dövranı pozulur. Bunun üçün daha çox hərəkət etməyə üstünlük verilməlidir.

Qanda şəkərin miqdarı uzun müddət yüksək olduğunda arteriyalar zərər görür, bunun nəticəsində də əllərə kifayət qədər qan getmir.

1998-ci ildə Amerikada aparılan araşdırmaya görə, qadınların istiliyi kişilərə nisbətən 2 dərəcəyə qədər daha aşağı olur. Bu, hormon səviyyəsi ilə əlaqəlidir.

Hamiləliyin ilk aylarında da bədən istiliyi artdığı üçün bir çox qadınlar başqalarının soyuq olduğunu hiss edirlər. Hamiləlikdə anemiya da əllərin üşüməsinə səbəb olur.

Bütün xəbərlər Facebook səhifəmizdə