"Qərar aztəminatlı ailələrə ziyan vurmayacaq" AÇIQLAMA

"Qərar aztəminatlı ailələrə ziyan vurmayacaq" AÇIQLAMA

Tarif (qiymət) Şurasının sonuncu qərarı aztəminatlı ailələrə ziyan vurmayacaq. Bunu SİA-ya millət vəkili Tahir Rzayev deyib.

Onun sözlərinə görə, verilən qərar böyük obyekti, yaşayış sahələri olan insanlar üçün nəzərdə tutulub: "Tariflərin tənzimlənməsi ilə bağlı qərar villaları, bağ evləri olanlar üçün tətbiq olunacaq. Aztəminatlı ailələr isə az enerji və qaz istifadə etdiklərinə görə, köhnə tariflərlə ödəyəcəklər".

Azərbaycanda istehlakçılar arasında israfçılığa çox yol verildiyini deyən T. Rzayev qeyd edib ki, verilən qərar bunun qarşısını alacaq: "Küçələrə çıxırsan, nə qədər işıq yanır bunlara qənaət olunmalıdır. Normadan artıq enerji istifadə edirsənsə, ona görə əlavə pul ödəməlisən".

Bütün xəbərlər Facebook səhifəmizdə