İlham Quliyev: “Hökumət bu qərarla aztəminatlı ailələri nəzərə alıb”
"Neftin qiymətinin birdən-birə 3-4 dəfə ucuzlaşması yeni iqtisadi reallıqlar yaradıb. Neft ölkəsi olan Azərbaycan da öz iqtisadi siyasətini bu reallıqlara uyğun qurmaq məcburiyyətindədir". Bunu SİA-ya açıqlamasında "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev bildirib.
Onun sözlərinə görə, yeni şərait müxtəlif sahələrə dövlət büdcəsindən dotasiyaların ayrılmasını məhdudlaşdırmağı qaçılmaz edir: "Bu baxımdan, işıq və qaz üçün yeni tariflərin müəyyənləşdirilməsi gözlənilən idi. Təbii ki, qiymət artımı populyar qarşılanacaq bir hadisə deyil, amma reallıqları da qəbul etməliyik. Qaz və işıq təsərrüfatının dayanıqlılığının təmin edilməsi, qənaət rejiminin formalaşdırılması baxımdan bu addımın atılması zəruri idi. Bir sevindirici məqam da odur ki, hökumət qərarı qəbul edərkən əhalinin aztəminatlı təbəqəsinin maraqlarını da nəzərə alıb. Sərfiyyatı az olan abunəçilər, hansı ki, bunlar daha çox aztəminatlı ailələrdir. Onlar qaz və işığın pulunu əvvəlki qiymətlərlə ödəyəcəklər. Ümumilikdə bazar iqtisadiyyatı şəraitində yaşadığımızdan, bu cür yeniliklərə hazır olmalıyıq".
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB