Bu gün Qərb Universitetində "Narkomaniyaya yox deyək!" kampaniyası çərçivəsində tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə universitetin müəllim-tələbə heyəti ilə yanaşı, Təhsil Nazirliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin və Respublika Narkoloji Mərkəzinin nümayəndələri də iştirak edib.

Görüşdə narkomaniya, narkotik vasitələrin fəsadları və narkomaniya ilə mübarizə üsulları barədə məlumat verilib, bu bəşəri bəla ilə mübarizənin zəruriliyini qeyd edilib. Eyni zamanda gənclərə sağlam gələcəyə çağırış motivli tövsiyyələr verilib.

Tədbir tələbələrin mövzu ətrafında verdiyi suallarla - debat şəklində yekunlaşıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB