Kənd Təsərrüfatı Nazirliyi suvarma-drenaj infrastrukturunun bərpasına start verib

Kənd Təsərrüfatı Nazirliyi suvarma-drenaj infrastrukturunun bərpasına start verib

Kənd Təsərrüfatı Nazirliyi Ağdaş və Yevlax rayonlarında 75 min hektaradək sahədə təsərrüfatların suya olan tələbatının ödənilməsini yaxsılaşdırmaq məqsədilə suvarma-drenaj infrastrukturunun təmir-bərpası işlərinə start verib. SİA-nın Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Nazirliyin Kənd Yerlərinin Kompleks İnkişaf Layihəsi çərçivəsində həyata keçirdiyi təmir-bərpa işləri Yevlax rayonunda yaxın günlərdə başlayacaq. Kənd infrastrukturunun inkişafı və sudanistifadəedənlər birliklərinə dəstək məqsədi ilə həyata keçirilən layihə nəticəsində Yevlax rayonunun Ərəş, Havarlı, Aydınlıq, Altunsu, Qaraməmmədli, Qoyunbinəsi, Qarabağ, Zəm-zəm və Salahlı ərazisində suvarma-drenaj infrastrukturu təmir və bərpa ediləcək. Təsərrüfatların təsərrüfat suyunu vaxtında və qənaətlə əldə etməsi istehsal edilən məhsullar üzrə orta məhsuldarlıq göstəricilərinin artmasına səbəb olacaq. Analoji işlər Ağdaş rayonunun Ləki, Ərəbocaq, Ağzıbir, Abad, Şəmsəbad, Kükəl, Mürsəl və Nemətabad ərazisində də aparılacaq. Layihə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihə və Kreditlərinin İdarə edilməsi Xidməti tərəfindən icra edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə