Bir gün ərzində 80 cinayət faktı qeydə alınıb

Bir gün ərzində 80 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 80 cinayət faktı qeydə alınıb, onların da 29-u "isti izlər"lə açılıb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 23 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə