Lukaşenko “Heydər Əliyev” ordeni ilə təltif edildi SƏRƏNCAM

Lukaşenko “Heydər Əliyev” ordeni ilə təltif edildi SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti A.Q.Lukaşenkonun "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıb:

Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Belarus Respublikasının Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenko "Heydər Əliyev" ordeni ilə təltif edilsin.

Bu gün Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya "Heydər Əliyev" ordeninin təqdim edilməsi mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib. Sonra dövlətimizin başçısı "Heydər Əliyev" ordenini Prezident Aleksandr Lukaşenkoya təqdim edib.

Belarus Respublikasının Prezidenti mərasimdə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə