Cənub zonasının qazı kəsiləcək

Cənub zonasının qazı kəsiləcək

Noyabrın 29-da saat 09:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin "Alvadı", "Göytəpə" və "Cəlilabad" qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, təmir müddətində aparılan işlərin Cəlilabad və Masallı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə